AzPMA

IPMA A dərəcəsi — Sertifikatlaşdırılmış Layihələr Direktoru

Tələblər

Strateji əhəmiyyət daşıyan portfel və/və ya proqram idarəetməsi sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb portfel və ya proqram idarəçiliyi üzrə məsuliyyətli rəhbər vəzifələrdə 3 il və layihələrin idarə edilməsi üzrə 2 il iş stajı.

Əsas kompetensiya

Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏR DİREKTORU funksiyasını icra edir. Layihələr direktoru layihə idarəçiliyi sahəsində çalışan mütəxəssislərin köməyi ilə, digər layihələrin rəhbərlərinə (menecerlərinə) rəhbərliyi həyata keçirməklə portfel və proqramları idarə etməyi bacarmalıdır:

  • Şirkətin/təşkilatın və ya təşkilatın filialının mürəkkəb portfelinin idarəçiliyinə və ya, bir və ya bir neçə vacib proqramın idarəçiliyini həyata keçirir və layihə rəhbərlərini (menecerlərini) onların layihələrin idarə edilməsində kompetensiyasını artırmaları üçün təlimləndirir
  • Layihə menecerlərinə və baş layihə menecerlərinə rəhbərlik edir və portfel və proqram komandasının üzvlərini idarə edir
  • Proqram və portfel üçün layihə idarəçiliyinin tələblərini, mədəniyyətini, proseslərini, metodlarını, texnikalarını, alətlərini, vəsaitlərini, sorğu kitabçalarını inkişaf və təmin edir

A dərəcəsi üçün tələb olunan sənədlər

  1. 1Ərizə

    Asessor tərəfindən İPMA dərəcəniz qiymətləndirilir

  2. 2Sertifikatlaşdırma barədə müqavilə
  3. 3Diplomun elektron kopyası
  4. 4Şəxsiyyət vəsiqəsinin elektron kopyası
  5. 5Tərcüməyi hal (CV)
  6. 6Layihələr üzrə yekun hesabat
  7. 7Layihə təklifi
  8. 8Layihə hesabatı
  9. 9Rəy məktubları (2)
Müraciət et →

Sənədlər