0:53, 23 Fevral 2012-ci il

search
AzIPMA
Moving people forward
IPMA
facebooktwitterlinkedinyoutube

ABUNƏ

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ ÜÇÜN

Abunəlikdən çıx

FOTOQALEREYA

1

Təqvim

FACEBOOK



MƏQSƏDLƏRİMİZ


Müasir dövrdə layihə idarəçiliyi professional fəaliyyət növü kimi getdikcə daha çox tanınmağa başlayır, bu sahədə kvalifikasiya və sertifikasiya həm müxtəlif təşkilatlar, həm də fiziki şəxslər üçün əsas aparıcı gücə çevrilmişdir.

Bizim missiyamız - layihə idarəçiliyi əsasında Azərbaycanın müəssisə və bizneslərinin korporativ mədəniyyət üslubunu formalaşdırmaqdır. Bu, müştərilərimizin öz bizneslərində stabillik və yüksək gəlir əldə etməsini təmin edəcəkdir.

Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyası - AzPMA 1999-cu ildən layihə idarəçiliyinin müasir texnologiyaları və layihə yanaşması əsasında şirkətlərin inkişafı sahələri üzrə intellektual xidmətlər bazarında aktiv mövqe tutur. Assosiasiyanın fəaliyyətində əsas istiqamət layihə yanaşması əsasında biznesin inkişafı üzrə müxtəlif həcmli tədqiatların işlənməsi və reallaşdırılması, eləcə də korporativ və fərdi şəxslərə layihə idarəçiliyi üzrə konsaltinq xidmətlərinin göstərilməsidir.

Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyasının - AzPMA mütəxəssislərinin peşəkar və korporativ işi məqsəd prinsipləri və meyarlarının formalaşmasına səbəb olmuşdur ki, bu da müştərilərimizin və tərəfdaşlarımızın etibarını qazanmağa yarıdmçı olmuşdur. Müştərilərimiz siyahısına Аzərbaycanın aparıcı şirkətləri və xarici şirkətlər, onların nümayındılikləri daxildir.

Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyasının (AzPMA) əsas məqsədi aşağıdakılardır:

  • Layihə idarəçiliyi üzrə (project management) peşəkarlığın artırılması;

  • Layihə idarəçiliyi üzrə beynəlxalq standartların ölkədə yayılması və tətbiqi;

  • Müasir metod və üsulların layihə idarəçiliyində tətbiqi;

  • Layihə idarəçiliyi üzrə sertifikatlaşdırma prosesinə cavabdehlik;

  • Mütəxəssislərin kompetensiyasının qiymətləndirilməsi və onların beynəlxalq səviyyədə sertifikatlaşdırılması;

  • Layihələrin hazırlanması və idarə edilməsi;

  • Layihə idarəçiliyi üzrə konsaltinq xidmətlərinin göstərilməsi;

  • Layihə idarəçiliyi üzrə beynəlxalq əlaqələrin genişləndirilməsi və IPMA-da Azərbaycanı təmsil edilməsi;

  • Layihə idarəçiliyi üzrə konfrans və seminarların keçirilməsi;

  • Layihə idarəçiliyi üzrə elmi-tədqiqat işlərinin aparılması və inkişaf etdirilməsi;

  • Layihə idarəçiliyi informasiya texnologiyalarının tətbiq edilməsi metodların işlənməsi;

  • Layihə idarəçiliyi üzrə treninqlərin keçirilməsi.

  • Layihə idarəçiliyi üzrə informasiya-nəşriyyat fəaliyyəti.









Elanlar
FORUMDA GİRİŞ
KİTABXANA
MƏQALƏLƏR
Copyright © 2002-2011 IPMA.az
Site by: azDesgn.ws