Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) Sizi "Layihələrin idarə edilməsində bilik və bacarıqlar” mövzusu üzrə keçirilən seminarda iştirak etməyə dəvət edir.
Seminar layihə menecerinin kompetensiya tələblərinə cavab verə biləcək müasir tendensiyalar və texnologiyalara əsaslanaraq beynəlxalq standartlara uyğun olaraq keçirəcəkdir.
Nəzərdə tutulmuş auditoriya: layihə komandasında işləyən işçi qrupları, layihə menecerləri, sahibkarlar, maliyyə işçiləri, müəllimlər, tədris işçiləri, tələbələr və s.
Kursun məqsədi:
- Beynəlxalq standartlar üzrə yeni ICB 3.0 Versiyası əsasında layihələrin idarə edilməsi sistemində inkişaf, bu sahədə bilikləri genişləndirmək;
- Müxtəlif sahəli şirkətlərdə çalışan mütəxəssislərdə layihələrin idarə edilməsi sahəsində biliklərini genişləndirmək üçün imkan və maraq yaratmaq
Kursun sonunda iştirakçılar:
- Layihələrin idarə edilməsi anlayışı ilə tanış olacaqlar;
- Şirkətlərdə layihələrin idarə edilməsində metod və alətlərin tətbiqi, layihə növlərinin müəyyənləşdirilməsi, layihələrin idarə edilməsi sistemində keyfiyyətin, vaxtın, dəyərin, riskin, insan resurslarının, münaqişələrəin idarə edilməsini öyrənəcəklər (IPMA standartlarının yeni ICB 3.0 Versiyasına əsasən);
- Layihənin həyat dövrü, layihənin həyata keçirilməsi fazaları ilə tanışacaqlar;
- Layihənin xarakteristikaları, layihənin əlamətləri öyrəniləcək;
- Layihələrin idarə edilməsində informasiya texnologiayaları ilə tanış olacaqlar;
- Beynəlxalq sertifikatlaşdırma proqramı haqda məlumat əldə edə biləcəklər;
- Müzakirələr aparılacaq, yeni biliklər əldə ediləcəkdir
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz: (+994-12) 510 3821, 418 5828 və ya e-mail: info@ipma.az
Seminar hər cümə günləri, saat 17.00-da "Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası”nın ofisində keçiriləcəkdir. Seminarda iştirak pulsuzdur.
Qeydiyyata düşmək istəyənlər, office@ipma.az ünvanına müraciət edə bilərlər.
Ünvan: AZ1073, Qutqaşınlı küçəsi 97 (Gömrüyün arxası)





