Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının daha uğurlu bir addımı
Qəbələ şəhərində 10-12 avqust tarixlərində Yay Məktəbi "Team Building" mövzusu üzrə tədris keçirilmişdir. Tədrisdə müxtəlif təşkilatların nümayəndələri iştirak etmişdir. Treninqi aparıcı trenerlər - Murad Bağırzadə (AzPMA-nın assessoru) və İlham Yusifli (AzPMA-nın sertifikatlaşdırma bölməsinin rəhbəri) aparmışdır. Tədris nəticəsində iştirakçılar layihələrin idarə edilməsi üzrə zəruri biliklərə yiyələndilər və komandada işləmək bacarıqlarını möhkəmləndirdilər.
Hər bir kəsə aktiv iştirakına görə təşəkkür edirik. Gələn layihələrə də qatılmağa hər kəsi dəvət edirik.





