0:46, 23 Fevral 2012-ci il

search
AzIPMA
Moving people forward
IPMA
facebooktwitterlinkedinyoutube

ABUNƏ

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ ÜÇÜN

Abunəlikdən çıx

FOTOQALEREYA

1

Təqvim

FACEBOOK



LAYİHƏ MENECERLƏRİ



Müstəqil Respublikamızda yerinə yetirilən layihələrin sayı artmaqda davam edir. Bu layihələrin uğurla başa çatması Respublikamızın dünya ölkələrinə inteqrasiya olunması üçün əsas şərtlərdən biridir. Layihələrin uğurla başa çatması və yerinə yetirilməsi ona rəhbərlik edən şəxsin peşəkar və kompetensiyalı olmasından asılıdır. Layihələrin İdarə Edilməsi sahəsində peşəkar olmaq üçün bu sahədə Beynəlxalq standartlara uyğun olaraq müəyyən peşəkar biliklərə, bacarığa, təcrübəyə və müəyyən vərdişlərə malik olmaq lazımdır.

Məhz bu səbəbdən tərkibində 54 dövləti birləşdirən Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası (IPMA) mütəxəssis hazırlanmasına və sertifikatlaşdırılmasına geniş yer ayırmışdır. IPMA-nın Azərbaycandakı nümayəndəliyi–Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) Azərbaycan Respublikasında sertifikatlaşma proqramını həyata keçirir və mütəxəssislərin beynəlxalq tələblərə uyğun olaraq hazırlanmasına və sertifikatlaşdırılmasına xüsusi yer ayırır.

Məlumat üçün bildiririk ki, AzPMA Azərbaycanda IPMA-nın dəstəyi ilə layihələrin idarə edilməsi sahəsində mütəxəssislərin assosiasiya tərəfindən hazırlanması, bilik və peşəkarlıq səviyyəsinin təsdiqlənməsi və dünyanın 46 ölkəsi tərəfindən etibarlı hesab edilən, layihə menecerləri və rəhbəri sertifikatlarının verilməsi üçün sertifikatlaşdırma proqramını həyata keçirir.








Elanlar
FORUMDA GİRİŞ
KİTABXANA
MƏQALƏLƏR
Copyright © 2002-2011 IPMA.az
Site by: azDesgn.ws