Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyası (AzPMA) tədris şirkətlərinin onların layihə menecerləri üçün təşkil etdiyi 4-L-C proqramı üzrə beynəlxalq sertifikatlaşdırma proseduruna hazırlıq təlimlərinin (tədris kurslarının) uyğunluğu üzrə lisenziyalaşdırılmasını həyata keçirir.
Lisenziya almaq qaydaları:
1. Şirkət aşağıda göstərilən bütün sənədləri Assosiasiyaya təqdim edir;
2. Assosiasiyanın İdarəetmə Şurası təqdim olunmuş sənədləri yoxlayır və şirkətin lisenziyalaşdırılması barədə müvafiq qərar çıxarır;
3. Müsbət qərar verildiyi halda şirkətə lisenziya verilməsi barədə sertifikat təqdim olunur.
Lisenziya almaq üçün tələb olunan sənədlər:
1. Rəhbərin imzası və möhür ilə təsdiqlənmiş ərizə - (yüklə);
2. Müəllimlərin tərcümeyi-halı (CV);
3. Müəllimlərin diplom və sertifikatlarının surəti;
4. Təlim proqramı;
5. Təlim materialları;
6. NCB üzrə kompetensiya elementlərinin əhatəcədvəli - (yüklə);
7. Təlim siniflərinin və avadanlıqlarının xüsusiyyətləri.
Assosiasiya layihə idarəçiliyi üzrə kadr hazırlığında rəqabətin yüksəldilməsi məqsədilə treninq keçirən lisenziyalı təşkilatların sayını artırmaq niyyətindədir.
Qeyd: Lisenziya almaq istəyən təşkilatlar ətraflı məlumat almaq üçün Assosiasiyanın ofisinə müraciət edə bilərlər.





