ASSOSİASİYAYA ÜZVLÜK
Layihə idarəçiliyinə marağı olanistənilən Təşkilat və ya Fiziki şəxs Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyasına (AzPMA) üzv ola bilər.
Assosiasiya üzvlərinin üstünlükləri:
Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyasının üzvlük sertifikatı;
Assosiasiyasının atributlarından (loqotip, stolüstü bayraq və s.) istifadə etmək imkanı;
Korporativ/fərdi üzvlər haqqında məlumatların pulsuz Assosiasiyanın saytlarında (www.ipma.az və www.azpma.az) və nəşrlərində dərc olunması;
IPMA®-nın və AzPMA-nın beynəlxalq, milli tədbirlərində (konfrans, seminar və s.) güzəştli iştirak etmək;
Beynəlxalq sertifikatlaşdırma proqramına 10% güzəşt;
Layihə idarəçiliyi sahəsində keçirilən beynəlxalq və yerli tədbirlər haqqında məlumatlar almaq və iştirak etmək imkanı;
Peşəkar layihə menecerlərinin məsləhət və təklifləri, praktik yardım;
Layihə idarəçiliyinə aid beynəlxalq mətbuata çıxmaq və beynəlxalq əlaqələri inkişaf etdirmək imkanı.
Üzvlük üçün tələb olunan sənədlər:
Korporativ üzvlər üçün:
Fərdi üzvlər üçün:
Assosiasiyaya üzv olmaq üçün üzvlük haqqı:
korporativ üzvlər üçün: 300 AZN/illik;
fərdi üzvlər üçün: 120 AZN/illik;
tələbələr üçün 60 AZN/illik.
Qeyd: Üzv olmaq istəyən təşkilatlar/şəxslər ətraflı məlumat almaq üçün Assosiasiyanın ofisinə müraciət edə bilərlər.





