1:00, 23 Fevral 2012-ci il

search
AzIPMA
Moving people forward
IPMA
facebooktwitterlinkedinyoutube

ABUNƏ

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ ÜÇÜN

Abunəlikdən çıx

FOTOQALEREYA

1

Təqvim

FACEBOOK



KOMPETENSİYALAR


LAYİHƏ MENECERİNİN KOMPETENSİYASI

Kompetensiyakompetensiya latın sözü ("competentia”) olub "mühakimə etməyə səlahiyyətli” , eləcə də "danışmağa hüququ olmaq” mənasını verir. Kompetensiya müəyyən funksiyaların müvəffəqiyyətli icrası üçün zəruri olan bilik, bacarıq, müvafiq təcrübə və şəxsi keyfiyyətlərin toplusudur. Layihə menecerlərinin kompetensiyası "IPMA Competence Baseline Version 3.0” beynəlxalq standartlarına əsaslanır. Kompetensiya 3 istiqamətdən ibarət "GÖZ Modeli”nə uyğun olaraq təyin edilir:


Texniki kompetensiya – layihə idarəçiliyi sahəsində əsas kompetensiya elementlərinin təsviri üçün nəzərdə tutulmuşdur. Bu istiqamət (bəzi hallarda "əsas tərkib hissə” də adlandırlır) layihə idarəçiliyinin əsas mahiyyətini əhatə edir. ICB 20 texniki kompetensiya elementlərindən ibarətdir.

Davranış kompetensiyası – layihə idarəçiliyi sahəsində kompetensiya elementlərindən istifadə etməklə şəxsi keyfiyyətlərin təsviri üçün nəzərdə tutulmuşdur. Bu istiqamət layihə menecerinin bacarıq və münasibətini əks etdirir. ICB 15 davranış kompetensiyası elementlərindən ibarətdir.

Kontekstual kompetensiya - layihə idarəçiliyi sahəsində layihənin konteksti ilə əlaqəli olan kompetensiya elementlərinin təsviri üçün nəzərdə tutulmuşdur. Bu istiqamət layihə menecerinin xətti idarəetmə növlü təşkilatlarla münasibətlərin qurulması barəsində biliklərini, eləcə də layihə tipli təşkilatda fəaliyyət qabiliyyətini əks etdirir. ICB 11 kontekstual kompetensiya elementlərindən ibarətdir.

Texniki kompetensiya elementləriDavranış kompetensiyasıelementləriKontekstual kompetensiya elementləri
1. Layihə idarəçiliyinin müvəffəqiyyəti1. Liderlik1. Layihə yönümlülük
2. Marağı olan tərəflər2. Öhdəlik və motivasiya2. Proqram yönümlülük
3. Layihədə tələb və vəzifələr3. Özünü-idarə3. Portfel yönümlülük
4. Risk və imkanlar4. Özünə-güvən4. LPP icrası
5. Keyfiyyət5. Gərginliyin azaldılması5. Daimi təşkilat
6. Layihə təşkilatı6. Səmimiyyət6. Sahibkarlıq
7. Komanda işi7. Yaradıcılıq (Kreativlik)7. Sistemlər, məhsullar və
texnologiyalar
8. Problemlərin həlli8. Nəticə yönümlülük8. Heyətin idarə edilməsi
9. Layihə strukturları9. Səmərəlilik9. Sağlamlıq, təhlükəsizlik, əmək və ətraf mühitin mühafizəsi
10. İdeya və yekun nəticə10. Məsləhətləşmələr10. Maliyyə
11. Vaxt və layihə fazaları11. Danışıqlar11. Hüquqi aspektlər
12. Resurslar12. Münaqişə və böhranlar
13. Xərc və maliyyə13. Etibarlılıq
14. Təchizat və müqavilə14. Dəyərlərin qiymətləndirilməsi
15. Dəyişikliklər15. Etika
16. Nəzarət və hesabatlar

17. Məlumat və sənədləşmə

18. Kommunikasiya

19. Layihənin işə salınması

20. Layihənin bağlanması


Əlavə kompetensiya elementləri:

  1. Layihə idarəçiliyində informasiya texnologiyaları;

  2. Layihə ofisinin yaradılması və idarə olunması;

  3. Layihə idarəçiliyinin metodologiyası;

  4. Şirkətin texniki yetkinlik modeli;

  5. Layihə idarəçiliyində biznes proseslər;

  6. Layihə-yönümlü təşkilatların inkişafı və onların strukturu.












Elanlar
FORUMDA GİRİŞ
KİTABXANA
MƏQALƏLƏR
Copyright © 2002-2011 IPMA.az
Site by: azDesgn.ws