Dörd dərəcəli sertifikatlaşdırma
IPMA-nın kompetensiyaları əsasən dörd dərəcəli sertifikatlaşdırma proqramı üzrə davamlı inkişaf prosesinə yönəlmişdir. Bu dörd dərəcəli kompetensiyalar üzrə hər bir pillə özünüqiymətləndirmə və kompetensiyaların yoxlanması inkişafını özündə cəmləşdirir.
IPM
A A dərəcəsi: Sertifikatlaşdırılmış Layihə Direktoru IPMA B dərəcəsi: Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri
IPMA C dərəcəsi: Sertifikatlaşdırılmış Layihə Meneceri
IPMA D dərəcəsi: Layihələrin İdarə Edilməsi üzrə Sertifikatlaşdırılmış Mütəxəssis
Sertifikatların tanınması
Beynəlxalq Assosiasiya (IPMA) tərəfindən həyata keçirilən sertifikatlaşdırma proqramı kvalifikasiyanın beynəlxalq səviyyədə tanınmasını təmin edir. Bu, kvalifikasiyanın texniki, işgüzar və digər ekvivalent növlərini tamamlayır və gücləndirir. Məsələn, Avropa standartlaşdırma kvalifikasiya sistemində qəbul edilir ki, sertifikat alan şəxs, eləcə də layihə idarəçiliyi üzrə xüsusi qabiliyyətə malikdir. Sertifikatlaşdırma, bu prosesdə iştirak edən şəxslərdə layihə idarəçiliyi qabiliyyətini və ümumi işgüzar kvalifikasiyada özünə-güvən hissini artırır.
Bu sertifikatlaşdırma sizə nə verir?
• Layihə meneceri kimi beynəlxalq səviyyədə tanınma;
• Layihə meneceri biliklərinizi və təcrübənizin beynəlxalq səviyyədə təsdiq edilməsi;
• Hər bir ölkədə və beynəlxalq şirkətlərdə tanınan beynəlxalq sertifikatın alınması;
• Hər bir ölkədə və beynəlxalq şirkətlərdə layihə meneceri kimi qəbul olunma;
• Beynəlxalq təskilatların layihə menecerləri ilə əlaqə saxlamaq və onlarla məlumat mübadiləsinin əldə edilməsi;
• Layihə menecmenti biliklərinə və təcrübəsinə yiyələnmək.
Eyni zamanda,
• standartları təyin edir;
• bilikləri sistemləşdirir;
• layihə idarəçiliyi sahəsində mütəxəssislərin kompentesiyasını yüksəldir;
• təşkilatın müştərilərinin işgüzar maraqlarının effektiv və minimal xərclərlə yerinə yetirilməsində güvənliyi artırır;
• istiqamətlər üzrə kompetensiyalar: əsas terminologiya, tapşırıqlar, yanaşmalar, bacarıqlar; layihə idarəçiliyində istifadə olunan funksiyalar, idarəetmə prosesləri, metodlar, texnika və alətlər;
• bir çox nadir hallarda, lazım olduqda tətbiq edilən xüsusi biliklər və innovasiyalı yanaşmalardan istifadə təcrübəsi;
• layihə idarəçiliyinin texniki, davranış və kontekstual kvalifikasiya tərkiblərinə keçid;
• layihə idarəçiliyində ən son məlumatlara keçid.

IPMA sertifikatlaşması ilə mən bilik, layihə menecerləri şəbəkəsi və kompetensiyalarımın təsdiqini əldə etdim.
Per-Olof Sandberg, Proqram idarəedicisi
Sertifikatlaşdırmanın üstünlükləri
• Bu, sizin la
yihə meneceri səlahiyyətlərinizin tanınmasnı təmin edir.
• Bu layihələrin idarə edilməsi üzrə heyətin işə qəbul olunması, tədris edilməsi və inkişafı üzrə ən yaxşı təcrübədir.
• Bu, təşkilatın ixtisaslı layihə menecerlərinin olmasının birbaşa təsdiqidr.
• Bu, təşkilat daxilində layihə menecerlərinin karyera yüksəlişi inkişafı deməkdir.
Sertifikatı kimlər ala bilər?
Sertifikatlaşdırma dərəcəsindən asılı olmayaraq, hər bir iddiaçı şəxsin ali təhsili (hər hansı bir sahədə) olmalıdır.





