IPMA – International Project Management Association
IPMA layihə idarəçiliyi sahəsində dünyanın aparıcı qeyri-hökumət təşkilatıdır. IPMA 1965-ci ildə bir qrup şəxsin təşəbbüsü ilə layihə idarəçiliyi sahəsində məlumatları bölüşmək, paylaşmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə layihə rəhbərlərinin (menecerlərinin) forumu kimi fəaliyyətə başlamışdır. Bir müddət sonra isə nəticədə dünyanın ilk layihə idarəçiliyi assosiasiyası olan IPMA yarandı.
IPMA ilk konqresini 1967-ci ildə Vyana şəhərində keçirmiş və indiyədək hər il müxtəlif ölkələrdə bu konqreslərin keçirilməsi davam etdirilir.
Yarandığı gündən IPMA böyük vüsətlə dünya masştabında böyüməyə və genişlənməyə başladı. Hal-hazırda dünyanın 50-dən çox ölkəsində üzvləri olan IPMA həmin ölkələrin milli layihə idarəçiliyi assosiasiyalarından ibarət beynəlxalq şəbəkəyə çevrilmişdir.
Bu şəbəkəyə daxil olan milli assosiasiyalar hər birinin layihəidarəçiliyisahəsindəmilli tələbləri olmaqla yanaşı, IPMA-nın ümumi qaydaları çərçivəsində fəaliyyət göstərir. IPMA bu tələbləri beynəlxalq səviyyədə təmsil edir.
İllər keçdikcə IPMA dünyanın aparıcı sertifikatlaşdırma proqramını inkişaf etdirmiş, layihə idarəçiliyinin təkmilləşdirilməsi və yayılmasında böyük rol oynamışdır.
IPMA dünya miqyasında layihə idarəçiliyini biznes və təşkilatlara aktiv şəkildə nüfuz etdirir.Fəaliyyət növünün (ixtisasın) tanınmasını inkişaf etdirmək məqsədilə:
IPMA layihə rəhbərlərini sertifikatlaşdırır;
layihə komandalarını və tədqiqat layihələrini mükafatlandırır;
layihə idarəçiliyinə dair bir sıra publikasiyalar dərc edir.
IPMA vasitəsilə layihə rəhbərləri milliyətindən və mədəniyyətindən asılı olmayaraq bir-biri ilə əlaqə yarada bilər, ideyalarını paylaşa bilər və yaxşı əməkdaşlıq nəticəsində layihə idarəçiliyini daha da irəli apara bilərlər.
IPMA aşağıdakı əsas istiqamətlərdə fəaliyyət göstərir:
Sertifikatlaşdırma sisteminin tələblərinin müəyyənləşdirilməsi;
Konfranslar və seminarların təşkil edilməsi;
Ekspertlərin seminarlarının təşkil edilməsi;
Treninqlərin keçirilməsi;
Elmi-tədqiqat işlərinin aparılması və dəstəklənməsi;
Qlobal forumların keçirilməsi;
Layihə idarəçiliyi sahəsində nəşriyyat işlərinin aparılması.
IPMA Avropadan Şimali və Cənubi Amerika, Asiya, Afrika, Orta Şərq və Avstraliyaya qədər genişlənmişdir və üzv assosiasiyaların sayı da daima artmaqdadır. 2002-ci ildən etibarən Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyası sözügedən üzv assosiasiyalar ailəsinə qoşulmuşdur.





