ASESSORLAR
Birinci asessor - İqbal Alıcan oğlu BABAYEV
- Layihələrin idarə edilməsi üzrə elmlər doktoru;
- Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının dosenti;
- Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Layihələrin idarə edilməsi texnologiyaları” laboratoriyasının müdiri;
- Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse-prezidenti;
- ABŞ-ın Proyekt Menecment İnstitutunun (PMI USA) həqiqi üzvü;
- 80 elmi məqalə və 4 monoqrafiyanın müəllifi;
- Rusiya Federasiyası Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunun “2006-cı ilin ən yaxşı elmi işi” diplomunun təltifçici;
- Dünyada istifadə olunan “Babayevin ulduz modeli”nin müəllifi;
- 2004-cü ildə “İnternational Scientific Center” komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimi” adına layiq görülüb.
- PMBOK PMI USA kitabının Azərbaycandakı nəşrinin elmi redaktoru;
- “Layihələrin idarə edilməsi: Peşəkar biliklərin əsasları. Milli kompetensiyanın əsasları. Milli sertifikatlaşdırma sistemi” (Bakı, 2002), “Layihələrin idarə edilməsi metodologiyası” (Bakı, 2003), “Layihələrin idarə edilməsi üzrə professional biliklərin əsasları” (Bakı, 2004), “Layihələrin genetik modeli əsasında təşkilatların inkişaf proqramının idarə edilməsi” (Kiyev, 2005) kitablarının müəllifi;
- 2000-ci ildən etibarən Layihələrin İdarə Edilməsi üzrə Dünya Konqresnin təşkilat komitəsinin üzvü;
- Beynəlxalq Layihə İdarəçiliyi Assosiasiyasının sertifikatlaşdırma proqramının rəhbəri;
- Beynəlxalq Layihə İdarəçiliyi Assosiasiyasının Direktorlar Şurasının üzvü;
- Beynəlxalq Layihə İdarəçiliyi Assosiasiyasının sertifikatlaşdırma proqramının birinci asessoru;
- Regional və beynəlxalq layihələrin eksperti və rəhbəri;
- Layihələrlə iş stajı – 20 il.
Birinci asessor - Murad Manaf oğlu BAĞIRZADƏ
- İqtisad elmləri namizədi, dosent;
- Dünya Bankının Beynəlxalq Distant Təlim Proqramlarının Milli Koordinatoru (Yoxsulluğun Azaldılması, Pensiya Təminatı Sisteminin Təkmilləşdirilməsi);
- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mühazirəçi;
- Sosial layihələndirmə, islahat proqramları, bələdiyyə idarəçiliyi, sosiologiya və strateji idarəetmə sahələrində 40-dan çox elmi məqalə və nəşrin müəllifi;
- Bir neçə monoqrafiya, dərslik, və dərs vəsaitinin həmmüəllifi;
- UNDP-UNDCP-də layihə direktoru (1997-2004);
- Beynəlxalq Layihə İdarəçiliyi Assosiasiyasının sertifikatlaşdırma proqramının asessoru;
- Beynəlxalq Layihə İdarəçiliyi Assosiasiyasının sertifikatlaşdırılmış və aparıcı treneri;
- Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə və Humanitar Təşkilatlarının Azərbaycanda 15-dən çox layihələr üzrə konsultantı;
- Layihələrlə iş stajı – 27 il.

