WE DONT PREDICT OUR FUTURE. WE BUILD IT ™

11.03.2009
İQBAL BABAYEV: "MÜVƏFFƏQİYYƏT FAKTORU" >>>...


07.03.2009
>>>...


01.01.2009
Layihələrin İdarə Edilməsi üzrə Beynəlxalq standartlar: Beynəlxalq kompetensiyanın əsasları-İCB 3.0 >>>...


QİYMƏTLƏNDİRMƏ

Müsahibə

Müsahibənin gedişi zamanı asessorlar namizədə hesabat, özünü-qiymətləndirmə, yazılı imtahanın cavabları, qrup işinin nəticələri əsasında suallar (ICB versiya 3.0 uyğun olaraq) verirlər.

Verilən suallar aşağıdakıları əhatə edə bilər:

-     təqdim olunan sənədlərdəki məlumatın yoxlanması;

-     namizədin bilik və təcrübəsində güclü və zəif tərəflərin, qüsurların aşkarlanması;

-     namizədin layihə, proqram və portfel idarəçiliyi sahəsində kvalifikasiyasının nümayiş etdirilməsi.

 

Müsahibənin davamiyyəti aşağıdakı cədvəldə verilmişdir:

 
IPMA
А dərəcəsi
IPMA
B dərəcəsi
IPMA
C dərəcəsi
Davamiyyət
2-2,5 saat
1,5-2 saat
1-1,5 saat

Müsahibədə istifadə olunan minimal element sayı:

Kompetensiya elementləri
IPMA
А dərəcəsi
IPMA
B dərəcəsi
IPMA
C dərəcəsi
Texniki
5-6
6-7
7-8
Davranış
4-5
3-4
2-3
Kontekstual
4-5
3-4
2-3
YEKUN
13-16
12-15
11-14

Sertifikatlaşdırma orqanının qərarı
Sertifikatlaşdırma orqanı namizədin sertifikatlaşdırma prosesində iştirakını davam etdirə bilməsi və ya onu tərk etməsi barədə qərar qəbul edir. Qərar asessorlar tərəfindən verilən ümumi qiymət əsasında qəbul olunur.

Sertifikatlaşdırma orqanının rolu namizədin qiymətləndirilməsini keçirməkdir. Sertifikatlaşdırma orqanı  təlim və hazırlıq təqdim etmir.

 

Qiymətləndirilmədə iştirak edən asessorlar müstəqildirlər və namizədin suallarını cavablandırmağa məsul deyillər. Onlar namizədə təqdim etdikləri sənədlərdəki çatışmayan və ya kifayət etməyən məlumatlar  (sertifikatlaşdırma orqanı tərəfindən aşkar edilmiş) barədə xəbər verə və namizədə prosesin növbəti mərhələsində onu tamamlamağı təklif edə bilərlər. Sertifikatlaşdırma orqanı namizədə sertifikatlaşdırma prosesinin gedişi barədə bütün məlumatları verir və onun bütün suallarına cavab verir. Asessor, bir qayda olaraq, hər bir kompetensiya elementi üzrə bilik və təcrübəyə birgə qiymət verir.

 

Əgər namizəd qeyri-müvəffəqiyyətinin səbəbini bilmək arzusunda olarsa, bu halda birinci asessor sertifikatlaşdırma orqanının nümayəndəsinin müşayiəti ilə namizədin suallarına cavab verir.

 

Kompetensiyanın qiymətləndirilməsi

Namizədin bilik, təcrübə və şəxsi keyfiyyətləri ICB versiya 3.0 müddəalarına uyğun olaraq qiymətləndirilir. Namizədin kompetentlik dərəcəsi bilik və təcrübənin ümumi təsvirinin köməyi ilə müəyyən olunur və 1-dən 10-a qədər olan şkala ilə qiymətləndirilir.

 

Hər bir dərəcə üzrə balların faiz nisbəti və ümumi kompetensiyaya olan tələblər aşağıdakı nisbətdə bölünməlidir: 

Kompetensiyalar
IPMA
А dərəcəsi, %
IPMA
B dərəcəsi, %
IPMA
C dərəcəsi, %
IPMA
D dərəcəsi, %
Texniki
40
50
60
70
Davranış
30
25
20
15
Kontekstual
30
25
20
15
Əlavə
40
40
30
20

Bilik və təcrübəyə olan tələblər eləcə də sertifikatlaşdırma dərəcəsindən də asılıdır: 

Kompetensiya elementləri
IPMA
А dərəcəsi
(от 0 до 10)
IPMA
B dərəcəsi
(от 0 до 10)
IPMA
C dərəcəsi
(от 0 до 10)
IPMA
D dərəcəsi
(от 0 до 10)
Bilik
7
6
5
4
Təcrübə
7
6
4
seçim ilə

Qeyd: Qiymətlər IPMA-nın hər bir dərəcəsində namizəddən gözlənilən orta balı əks etdirir.

 

Əlaqə:

Telefon: (+994 12) 418 58 28
E-mail: info@ipma.az