WE DONT PREDICT OUR FUTURE. WE BUILD IT ™

11.03.2009
İQBAL BABAYEV: "MÜVƏFFƏQİYYƏT FAKTORU" >>>...


07.03.2009
>>>...


01.01.2009
Layihələrin İdarə Edilməsi üzrə Beynəlxalq standartlar: Beynəlxalq kompetensiyanın əsasları-İCB 3.0 >>>...


Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyası Azərbaycan hökümətinin Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi" çərçivəsində "Layihələrin idarə edilməsi" mövzusunda təlimlərin keçirilməsi ilə bağlı tenderin qalibi olmuşdur. Nazirlik və dövlət qurumlarının nümayəndələri üçün nəzərdə tutulan təlimə 27 sentyabr tarixindən start verilir: Birinci Qrup üçün: 27 sentyabr - 02 oktyabr 2010-cu il; İkinci qrup üçün: 4 - 9 oktyabr 2010-cu il; Üçüncü qrup üçün: 11 - 16 oktyabr 2010-cu il.  
*  *  *
"Böyük fəxr və qürur hissi ilə nəzərinizə yeni kitabımızı çatdırırıq:  «Креативные технологии управления проектами и программами»
Kitabın müəllifləri layihə idarəçiliyi sahəsində aparıcı mütəxəssilərdir: Buşuyev S.D., Buşuyeva N.S., Babayev İ.A., Yakovenko V.B., Qrişa E.V., Dzyuba S.V. və Voytenko A.S.
 
 
 
*  *  *
İQBAL BABAYEV: "MÜVƏFFƏQİYYƏT FAKTORU"
 
"Formula uspexa" jurnalının müxbiri Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının prezidenti, texnika elmləri doktoru İgbal Babayevdən müsahibə almışdır. Müsahibə ictimaiyyətdə böyük marağa səbəb olduğundan oxucuların xahişi ilə jurnalın bir neçə nömrələrində təkrar çap olunmuşdur. Müsahibəni oxumaq üçün yükləyin >>
*  *  *
ROJECT MANAGER-BEYNƏLXALQ SERTİFİKATLAŞDIRMA PROQRAMI
 
Azerbaijan Project Management Association (AzPMA) Beynəlxalq dərəcəli “Proyekt Menecer”lərin hazırlanması üzrə sertifikatlaşdırma proqramını həyata keçirir. Artıq Azərbaycanda 140-dan çox mütəxəssis beynəlxalq dərəcəli Project Manager statusuna layiq görülmüşdür. Sertifikatlaşdırma proqramı treninq və sertifikatlaşdırma imtahanından ibarətdir. Bu proqram üzrə mütəxəssislər beynəlxalq standartlara və dünyanın 46 ölkəsi tərəfindən tanınan International Project Management Association-IPMAnın 4 dərəcəli sertifikat sistemi əsasında uyğun hazırlanır və bilik-təcrübələri yoxlanılır. Sertifikatlaşdırma imtahanını uğurla başa vuran mütəxəssislər IPMA-nın beynəlxalq sertifikatına layiq görülürlər. Onların adları beynəlxalq reyestrə daxil olunur.
(www.ipma.ch, bölmə Certificate/Azerbaijan).
Sertifikat proqramı ödənişlidir.
Tələb olunan sənədlər: foto (3x4 - 1 ədəd), şəxsiyyət vəsiqəsinin surəti, diplomun surəti və Qeydiyyat Forması doldurmaq tələb olunur.
*  *  *
23rd IPMA World Congress. 15-16 iyun 2009-cu ildə Finlandiyanın Helsinki şəhərində İPMA-nın 23-cü Dünya Konqresi keçiriləcəkdir.  Daha geniş malumat üçün www.refresh09.com

 

Əlaqə:

Telefon: (+994 12) 418 58 28
E-mail: info@ipma.az